Modern.az

Saatlıda gənc oğlan bıçaqlandı

Saatlıda gənc oğlan bıçaqlandı

Aktual

16 Noyabr 2020, 21:21

Saatlı sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Saatlı rayon mərkəzində baş verib.

 

Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Abasov Böyükxan Yaşar oğlu tanışı ilə aralarında yaranan mübahisə zəminində bıçaqlanıb. B.Abasov üz nahiyəsindən, arteriya damarından və bədəninin müxtəlif yerlərindən çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Şirvan xəstəxanasına yerləşdirilib. Çoxlu qan itirən yaralının vəziyyəti ağır olduğundan respublika eksperimental xəstəxanasına aparılıb.

 

Onun kim tərəfindən bıçaqlanması və hadisənin təfərrüatları aydınlaşdırılır.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu