Modern.az

Azərbaycanlı idmançının Olimpiya medalını itirməsi rəsmiləşdi

Azərbaycanlı idmançının Olimpiya medalını itirməsi rəsmiləşdi

Aktual

26 Noyabr 2020, 15:06

Azərbaycan yığması daha bir Olimpiya medalını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.

 

Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında ağır atletikada bürünc medal qazanan Valentin Xristovun mükafatını ləğv edib.

 

Bununla da Azərbaycan millisi ağır atletikada qazandığı yeganə Olimpiya mükafatından məhrum olub. Ölkəmizin London-2012-dəki medallarının sayı 9-a enib. İdmançılarımızın aktivində 2 qızıl, 2 gümüş və 5 bürünc qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!