Modern.az

Maradona ilə vida mərasiminin vaxtı uzadıldı

Maradona ilə vida mərasiminin vaxtı uzadıldı

Aktual

27 Noyabr 2020, 00:31

Argentina hökuməti əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasiminin vaxtını uzadıb.

 

Modern.az xəbər verir ki, buna səbəb argentinalıların bir qisminin onunla vidalaşmağa vaxt tapmamasıdır.

 

Buenos Ayresdəki Prezident Sarayı önündə futbol azarkeşləri ilə polislər arasında iğtişaş baş verdiyindən, bəzi insanlar narazılıqlarını bildiriblər və mərasimin vaxtı uzadılıb. Paytaxt küçələrinə sirayət edən qarşıdurma zamanı qiyamçılar polisə şüşə və daş atmağa başlayıblar. Onlara rezin güllələr və gözyaşardıcı qazla cavab verilib. Polisin vəziyyətə nəzarət etməkdə çətinlik çəkdiyi vurğulanıb.

 

Qeyd edək ki, 60 yaşlı Dieqo Maradona dünən evində ürəktutmasından vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu