Modern.az

İtaliya klublarından Maradona qərarı 

İtaliya klublarından Maradona qərarı 

Aktual

27 Noyabr 2020, 20:35

İtaliya A Seriyasının noyabrın 25-də vəfat etmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradona ilə necə vidalaşacağı açıqlanıb.

 

Modern.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə "Napoli"nin heyətində Almaniya "Bavariya"na qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək.

 

Start fitindən əvvəl futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək.

 

Qeyd edək ki, Dieqo Maradona 60 yaşında ürəktutmasından vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu