Modern.az

Gəncəyə yeni polis rəisi təyin edildi

Gəncəyə yeni polis rəisi təyin edildi

Aktual

27 Noyabr 2020, 21:22

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovniki Nəriman İmanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, N.İmanov buna qədər Sumqayıt Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində xidmət edib

 

Xatırladaq ki, bu gün Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu