Modern.az

Putindən ABŞ-a “Qarabağ” mesajı

Putindən ABŞ-a “Qarabağ” mesajı

Aktual

9 Avqust 2012, 11:05

Rusiya prezidenti Vladimir Putin və Ermənistan dövlət başçısı Serj Sərkisyan Moskvada görüş zamanı Qarabağ problemini müzakirə ediblər. Modern.az bildirir ki, bu barədə Putin görüşün yekunlarını jurnalistlərə şərh edərkən bildirib:
“Biz əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə xüsusi diqqət ayırdıq. Danışıqlar prosesi ətrafındakı situasiya ilə bağlı fikirlərimizi bölüşdük. Mən bir daha Minsk Qrupunun həmsədri olan Rusiya tərəfinin bundan sonra da fəal vasitəçilik səylərinin davam etdirəcəyini qeyd etmək istəyirəm”-deyə Putin vurğulayıb.

Öz növbəsində Serj Sərkisyan bildirib ki, Rusiya Cənubi Qafqazın təhlükəsizliyində mühüm rol oynayır.   

Xaqani SƏFƏROĞLU  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı