Modern.az

Müəllim olmaq istəyən 465 nəfər müsabiqədən keçib

Müəllim olmaq istəyən 465 nəfər müsabiqədən keçib

Aktual

26 Aprel 2021, 18:30

 Fevralın 21-22-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, cari müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

 

Qeyd edək ki, aprelin 27-28-də onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat həyata keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı