Modern.az

Erotik filmlərin məşhur rejissoru öldü

Erotik filmlərin məşhur rejissoru öldü

Mədəniyyət

Bu gün, 10:39

İtaliyalı rejissor, ssenarist və yazıçı Tinto Brass 93 yaşında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə ANSA agentliyi rejissorun yaxınlarına istinadən məlumat yayıb.

Erotik kino ustası kimi tanınan Tinto Brass 20-dən çox film çəkib. Onun ən məşhur ekran əsərləri arasında 1979-cu ildə lentə aldığı “Kaligula” və 1985-ci ildə çəkdiyi “Miranda” filmləri yer alır.

Rejissor 2009-cu ildə fəal yaradıcılıq fəaliyyətini başa vurub.

Agentliyin məlumatına görə, Tinto Brassın dəfn mərasimi yalnız ailə üzvlərinin iştirakı ilə, dar çevrədə keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!