Modern.az

“gov.az” domeninin illik qeydiyyat 100 manat olacaq

“gov.az” domeninin illik qeydiyyat 100 manat olacaq

Aktual

Bu gün, 18:46

“Gov.az” domen adının illik qeydiyyat haqqı 100 manat müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, bu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının təsdiqlədiyi xidmət tariflərində əksini tapıb.

Sənədə əsasən, elektron poçt sistemindən istifadə üçün aylıq abunə haqqı 2 manat, bir televizor üçün kabel televiziyasının aylıq abunə haqqı isə 6 manat təşkil edir.

Stasionar telefon xəttinin çəkilişi üçün tarif 30 manat, aylıq abunə haqqı 7 manat müəyyən edilib.

Bundan başqa, bir cüt fiber-optik lifin aylıq icarə haqqı 4 kilometrə qədər məsafədə 60 manat, 4 kilometrdən artıq məsafədə isə 100 manatdır.

Tariflər ƏDV-siz göstərilib.

Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia