Modern.az

Fazil Alməmmədov “Leyla Medical Center”ə rəhbər təyin olundu - ÖZƏL

Fazil Alməmmədov “Leyla Medical Center”ə rəhbər təyin olundu - ÖZƏL

Aktual

Bu gün, 09:29

Nərimanov Tibb Mərkəzinin sabiq direktoru Fazil Alməmmədov yeni vəzifəyə təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Fazil Alməmmədov “Leyla Medical Center”in direktoru vəzifəsində çalışır. 

Bundan əvvəl Fazil Alməmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra isə Nərimanov Tibb Mərkəzinin direktoru olub.

Qeyd edək ki, O, 22 aprel 2026-cı ildə TƏBİB rəhbərliyinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Həmin qərarla Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var