Modern.az

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

İqtisadiyyat

5 Noyabr 2026, 09:37

Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.

Modern.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.

Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Sizə yeni x var
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu