Modern.az

Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

Aktual

26 Aprel 2021, 18:44

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

 

Modern.az-ın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib.

 

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.

 

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.

Sizə yeni x var
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!