Modern.az

Ekologiya Nazirliyi monitorinq qrupu yaradıb

Ekologiya Nazirliyi monitorinq qrupu yaradıb

Aktual

27 Aprel 2021, 16:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin Azərbaycana aid hissəsində neft-qaz yataqlarının Xəzər dənizinə və ətraf mühitə təsirlərinin öyrənilməsi, dənizin geoloji ehtiyatları və ekoloji vəziyyətlə bağlı məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji tədqiqatlar keçirilməsinə başlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçi-müfəttişi Bəxtiyar Seyidov məlumat verib. O vurğulayıb ki, sözügedən prosesin başlanması üçün nazirlik tərəfindən əmr imzalanıb: 

 

“Həmin əmrə uyğun olaraq, nazirlik monitorinq qrupu yaradıb. Artıq monitorinq qrupu tərəfindən Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən Şahdəniz, Abşeron, Çıraq, Ələt, Mərkəzi-Azəri, Çıraqlı, Neft Daşları, Səngəçal və digər yataqlarda araşdırmalar aparılıb. Həmçinin, 56 müxtəlif koordinatdan su nümunələri götürülüb. Hazırda nümunələr üzərində iş aparılır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı