Modern.az

Keçmiş məhkum narkotiklə saxlanıldı

Keçmiş məhkum narkotiklə saxlanıldı

Aktual

28 Aprel 2021, 09:36

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş R.Səfərov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı həmin şəxsdən 6 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə də baxış keçirilib və oradan 470 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı