Modern.az

Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq

Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq

Aktual

28 Aprel 2021, 09:54

Azad edilmiş ərazilərdə aidiyyəti üzrə yeni regional apellyasiya və ixtisaslaşmış-kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

 

Nazirin sözlərinə görə, torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək:

 

"Hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi