Modern.az

Həccə gedənlərdən koronavirus sığortası tələb olunacaq

Həccə gedənlərdən koronavirus sığortası tələb olunacaq

Aktual

4 May 2021, 11:43

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

 

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

 

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

 

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi