Modern.az

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Aktual

Bu gün, 10:03

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

Modern.az Polad Həşimovun bacısı Həşimova Kəmalə xanımla əlaqə saxlayıb, anasının səhhəti ilə bağlı son vəziyyəti maraqlanıb.

Kəmalə xanım qeyd edir ki, anası 10 gündür ki, xəstəxanadadır. Səhhətində bir çox problemlər özünü göstərib. Qeyd edib ki, Səmayə xanımın şəkər, ürək çatışmazlığı kimi problemləri də var. Kəmalə xanımın sözlərinə görə Səmayə xanım bu səhər digər günlərə nisbətdə daha yaxşıdır və vəziyyəti getdikcə yaxşılaşır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var