Modern.az

Salyanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tamaşa nümayiş etdirilib

Salyanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tamaşa nümayiş etdirilib

Aktual

Bu gün, 13:32

04 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Salyan Dövlət Kukla Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfərə gedən yol” tamaşası nümayiş etdirilib. Xalq artisti Şükufə Musayevanın quruluş verdiyi tamaşada Vətən müharibəsində Azərbaycan xalqının birliyi, ordumuzun qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi və tarixi Zəfərə aparan şərəfli mübarizə yolu bədii şəkildə əks olunub.

Modern.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları tamaşadan öncə 44 günlük Vətən müharibəsinə, Azərbaycan Ordusunun qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş sərgi ilə tanış olublar.

Vətən müharibəsində xalqımızın göstərdiyi qəhrəmanlıq və rəşadəti, Zəfərə aparan şərəfli yolu əks etdirən tamaşa izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Nümayiş etdirilən “Zəfərə gedən yol” tamaşasından sonra icra başçısı Rüstəm Xəlilov səhnə arxasında teatrın yaradıcı heyəti ilə görüşərək onları uğurlu çıxış və 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etmiş, göstərdikləri yüksək vətənpərvərlik ruhuna görə kollektivə minnətdarlığını bildirmişdir. Qeyd olunub ki, bu cür səhnə əsərləri Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinin yaşadılması, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır.

 

Sizə yeni x var
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!