Modern.az

Şoyqu erməni həmkarı ilə nələri müzakirə etdi?

Şoyqu erməni həmkarı ilə nələri müzakirə etdi?

Aktual

28 May 2021, 16:00

Ermənistan və Rusiya müdafiə nazirləri Vaqarşak Arutyunyan və Sergey Şoyqu bu gün Moskvada işçi görüş keçirərək, mövcud aktual problemləri müzakirə edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Görüşdə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Rusiyalı nazir regional təhlükəsizlik məsələlərinə baxmağı təklif edib:

“Biz Qarabağdakı sülhməramlı qüvvələrin işi ilə əlaqəli regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyik, lakin əlbəttə ki, bu anda ortaya çıxan bütün kəskin problemləri nəzarətdə saxlamaq lazımdır”.

Rusiyalı nazir yüksək səviyyəli erməni hərbi heyətlərinin ənənəvi olaraq Rusiya Müdafiə Nazirliyinin əhəmiyyətli tədbirlərində iştirak etdiyini xatırladıb və Arutyunyanı iyun ayında keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransında iştiraka dəvət edib.

 

Aysel Məhərrəm


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı