Modern.az

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib - VİDEO

Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib - VİDEO

Aktual

Bu gün, 15:36

Azərbaycan Ordusunun hərbi pilotları hava kəşfiyyatının aparılması tapşırıqlarını icra ediblər.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.

Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.

Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.

Sizə yeni x var
Keçid et
Şəhidlik yolunu mən seçmədim, bizi seçdilər - Şəhid Nurlansız 6 il… - Modern.az