Modern.az

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Aktual

Bu gün, 14:18

Qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır. 
Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə halda mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır.

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

“Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır”, - deyə xəbərdarlıqda vurğulanıb.

Qeyd olunub ki, ilk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6, yük avtomobillərində 1, avtobuslarda 2, motosiklet və mopedlərdə isə 0,8 millimetrdən dən az olmamalıdır. Bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır. Həmçinin mühərrikin soyuducu sistemi və şüşəyuyanı donmayan mayelərlə, eləcə də avtomobil zəncir və dartı kəndiri ilə təchiz olunmalıdır. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dəhşətli hücum hazırlığı: İran ATOMLA vurulacaq? - Türkiyədən bağlantı