Modern.az

“Müstəqilliyimiz əmin əllərdədir" - Deputat

“Müstəqilliyimiz əmin əllərdədir

Aktual

28 May 2021, 17:17

"Bu gün müstəqilliyimizin 103-cü ilini qeyd edən Azərbaycan 100 il əvvəlki Azərbaycandan tam fərqlənir. Vaxtilə dünyaya öz müstəqilliyini tanıtmaq üçün gərgin mübarizə aparan, müqəddəratı başqa dövlətlərin əlində olan,cəmi 23 ay müstəqil olmağı bacaran Azərbaycandan fərqli olaraq hazırki Azərbaycan artıq özü müstəqil formada nüfuzundan istifadə edərək lider ölkələr sırasında yer almağa nail olub".

Bu fikirləri deputat Vüqar İskəndərov Modern.az saytına açıqlamasında deyib. 

 

"Hazırda bizim müstəqillik günümüz ilə əlaqədar ölkə rəhbəri cənab İlham Əliyevə 60-dan çox ölkədən təbrik məktubu gəlib. Bu isə Azərbaycanın qüdrətindən, artan nüfuzundan xəbər verir. Vaxtilə müstəqilliyimizi qəbul etdirməyə çalışdığımız ölkələr bu gün özləri bizim həmin tarixi günümüzdə bizə təbriklər ünvanlayırlar. Bu isə cənab prezidentin qətiyyətli, inamlı və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycanla artıq əksər inkişaf etmiş ölkələr əlaqə yaratmaq ortaq layihələr icra etmək istəyirlər. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin həm də regiondakı rolundan xəbər verir. Əlbəttə bugünki inkişaf onu deməyə əsas verir ki, müstəqilliyimiz əmin əllərdədir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı