Modern.az

Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord rezonans doğurdu

Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord rezonans doğurdu

Aktual

28 May 2021, 18:08

28 may tairixində Niderland Krallığının Amsterdam şəhərində (Kalverpassage, Kalverstraat küçəsi) 28 May- Respublika Gününə həsr olunmuş reklam xarakterli bilbord quraşdırılıb.

 

Modern.az xəbər verir ki, Şəhərin mərkəzində yerləşən ticarət mərkəzində quraşdırılan bilbord yerli sakinlərin marağına səbəb olub. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilən layihə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə baş tutub.

 

Gün ərzində Krallığın digər şəhəri –Den-Haaqda De Passage küçəsində də eyni məzmunlu bilbord quraşdırılacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı