Azərbaycanda səfərdə olan Türkiyənin Təhsil naziri Ziya Selçuk və başçılıq etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.Türkiyəli naziri Quba səfərində Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müşayiət edib. Qonaqlar əvvəlcə Quba şəhərinə çatmamış İqriq kənd qəbristanlığında iki naməlum türk əsgərinin məzarını ziyarət ediblər.Türk əsgərlərinin məzarı önünə gül dəstələri qoyulub. Bildirilib ki,bu məzarda uyuyan əsgərlər 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı köməyə gələn türk ordusunun könüllülərindəndirlər və ermənilərlə döyüşdə şəhid olublar.
Türkiyə və Azərbaycanın Təhsil nazirləri daha sonra Quba şəhərində 2007-ci ildə təsadüfi qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda olublar. Məzarlıqda salınmış möhtəşəm Soyqırım Memorial Komkleksinə baş çəkən qonaqlar Soyqırım abidəsi önünə gül dəstələri qoyub,burada uyuyan dinc sakinlərin ruhunu yad ediblər. Soyqırım muzeyilə tanışlıq qonaqlarda bir daha ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım haqda geniş təsəvvür yaradıb. Türkiyəli rəsmilərə Quba qəzasında vəhşiləşmiş ermənilərin kütləvi qırğını haqda geniş və ətraflı məlumat verilib.Qonaqlara kütləvi qırğını əks etdirən kitab və bukletlər təqdim edilib.
Daha sonra Türkiyənin Təhsil naziri Ziya Selçuk və Azərbaycanın Təhsil naziri Emin Əmrullayev və nümayəndə heyətləri Quba şəhərində mayın 10-da istifadəyə verilmiş Azərbaycan -Türkiyə qardaşlıq parkında olublar.Ziya Selçuk parkı çox bəyənib və maraqla baxış keçirib.Nazirlə birgə olan Türkiyənin ölkəmizdəki yeni səfiri Cavit Bağçı bu parkın açılışında iştirak etməsi və aldığı yüksək təəssürat barədə Selçuka məlumat verib. Qonaqları Qubada salamlayan Quba İH başçısı Ziyəddin Əliyev bu parkın ümummilli lider Heydər Əliyevin doğum günündə istifadə verildiyini deyib və həmişə Türkiyənin Azərbaycanla bir olmasından məmnun olduğunu söyləyib.Türkiyəli rəsmilər Azərbaycanın əyalətində belə bir möhtəşəm və orijinal park üçün Ziyəddin Əliyevə təşəkkür ediblər.
Səfər çərçivəsində iki dövlətin təhsil nazirləri Təhsil Nazirliyinin Quba şəhərindəki Fizika-Riyaziyyst və İnformatika Təmayüllü liseyində STEAM mərkəzinin açılışına da qatılıblar. Təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, "STEAM layihəsinin Azərbaycanın Birinci vitse-prezidenti Mehribsn Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyilə 2019-2020-ci tədris ilindən məktəblərdə tətbiqinə başlanılıb. STEAM təhsili şagirdlərə praktik məşğələlər vasitəsilə elmi,texniki biliklərin tətbiqini göstərməklə yanaşı,mühəndislik səriştələri də öyrədir."
Nazir artıq Qubadakı STEAM mərkəzinin ölkə məktəbləri arasında 4 - cü mərkəz olduğunu,bu qəbilli mərkəzlərin sayının 15-ə çatdırılacağını söyləyib.
Türkiyənin və Azərbaycanın Təhsil Nazirlərinin 28 may-Respublika günündə Qubaya səfərləri yüksək təəssüratla başa çatıb. Türkiyəli nazir Ziya Selçuk, Türkiyə səfiri Cavit Bağçi və digər türkiyəli qonaqlar göstərilən diqqət və qonaqpərvərlik üçün təşəkkür ediblər.
Aytəkin ALXASLI