Modern.az

Türkiyə ordusu daha 7 terrorçunu MƏHV ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu MƏHV ETDİ

Aktual

4 Sentyabr 2021, 13:56

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara ağır zərbə vurublar. Gara bölgəsində hava əməliyyatları zamanı 7 terrorçu zərərsizləşdirilib.

 

Aviazərbələr nəticəsində terrorçu təşkilatının sui-qəsd məktəbindən və xarici əlaqələrdən məsul şəxslərinin zərərsizləşdirildiyi bildirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!