Modern.az

Ermənistan bu ölkə ilə strateji tərəfdaş oldu

Ermənistan bu ölkə ilə strateji tərəfdaş oldu

Dünya

Bu gün, 15:58

Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.

Modern.az xəbər verir ki, sənəd Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Danın Buxarestdə keçirdikləri ikitərəfli danışıqların yekununda imzalanıb.

Nikol Paşinyan bildirib ki, tərəflər siyasi dialoqu daha da genişləndirmək və hər iki ölkənin bir-birinin təcrübə və imkanlarından yararlana biləcəyi sahələrdə birgə proqramlar hazırlamaq barədə razılığa gəliblər.

“Daha sıx siyasi dialoq aparmaq və ölkələrimizin bir-birinin təcrübə və imkanlarından yararlana biləcəyi sahələrdə birgə proqramlar hazırlamaq barədə razılığa gəldik”, – deyə Ermənistanın Baş naziri qeyd edib.

Onun sözlərinə görə, görüşdə iqtisadi əlaqələrin inkişafına, xüsusilə ticarət və investisiyaların təşviqinə xüsusi diqqət yetirilib.

Rumıniya Prezidenti Nikuşor Dan isə Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsi istiqamətində Ermənistana dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, son iki ildə Ermənistan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb.

Bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Niderland, Lüksemburq, Xorvatiya, Bolqarıstan, Litva, Gürcüstan, Qazaxıstan və Çin də var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Parlamentdə qohumbazlığa ETİRAZ: Mehdiyevin oğlu məhkəməyə gətirildi