Modern.az

Müharibə veteranları məktəblərdə dərs deyəcəklər

Müharibə veteranları məktəblərdə dərs deyəcəklər

Ölkə

Bu gün, 16:41

Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər.

Modern.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək.

Hərbi xidmət illəri isə onların pedaqoji stajına daxil ediləcək.

Sizə yeni x var
Keçid et
Parlamentdə qohumbazlığa ETİRAZ: Mehdiyevin oğlu məhkəməyə gətirildi