Modern.az

Taksidə bu qaydanı pozanlar 30 manat cərimələnə bilər

Taksidə bu qaydanı pozanlar 30 manat cərimələnə bilər

Ölkə

Bu gün, 16:11

Yol hərəkəti qaydalarında təhlükəsizlik kəməri illərdir hamının bildiyi, amma bəzilərinin hələ də "formal qayda" kimi yanaşdığı mövzudur. Sürücünün öz kəmərini taxmaması artıq mübahisə doğurmayan pozuntu olsa da, ön oturacaqda oturan sərnişinin, yəni sürücünün yanındakı şəxsin kəmər taxmaması halında kimin və necə məsuliyyət daşıması həm sürücülər, həm sərnişinlər, həm də hüquq praktikası baxımından ən çox sual yaradan məqamlardan biridir.

Modern.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə görə sürücünün yanında sərnişinlərin kəmər bağlamamasına görə 30 manat, sürücünün özünə isə 40 manat cərimə tətbiq olunur.

338.3. Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə- 30 manat cərimə olunur

329.1. Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -40 manat məbləğində cərimə edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Parlamentdə qohumbazlığa ETİRAZ: Mehdiyevin oğlu məhkəməyə gətirildi