Modern.az

Eyni anda 5 sex yandı

Eyni anda 5 sex yandı

Aktual

9 Dekabr 2021, 08:11

Bu gün səhər saat 05:18-də Zaqatala şəhəri ərazisində, Talaçay çayının sol sahilində Qurbanov Qurban Azad oğluna məxsus, ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexində yanğın baş verib.

 

Modern.az-ın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

 

Yanğın nəticəsində tikilidə olan, ümumi sahəsi 60 kv/ m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb.

İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı