Modern.az

205 bağçada nöqsanlar AŞKARLANDI

205 bağçada nöqsanlar AŞKARLANDI

Aktual

9 Dekabr 2021, 16:10

“AQTA tərəfindən oktyabrın 4-dən dekabrın 1-nə qədər Bakı və regionlarda ümumilikdə 220 məktəbəqədər təhsil müəssisəsində monitorinq həyata keçirilib. Onlardan 205 müəssisədə 1236 nöqsan aşkarlanıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şəhla Yusifzadə qurumun “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

 

Onun sözlərinə görə, kobud pozuntular aşkarlanmış 183 məktəbəqədər təhsil müəssisəsin məsul şəxsləri barəsində tədbirlər görülüb:

 

“AQTA tərəfindən məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakı, həm də bölgələrdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri və məsul şəxslərinin iştirakı ilə təlimlər keçirilib. Bu təlimlər mütəmadi keçiriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı