Modern.az

Baş nazir yeddinci dəfə ata oldu

Baş nazir yeddinci dəfə ata oldu

Aktual

9 Dekabr 2021, 17:04

Böyük Britaniyanın Baş naziri Boris Conson yeddinci dəfə ata olub.

 

Modern.az “Sky News” telekanalına istinadən xəbər verir ki, Consonun həyat yoldaşı Kerri qız övladı dünyaya gətirib.

 

2020-ci ilin mayında belə məlum olub ki, Conson və nişanlısı Kerri Saymonds gizli mərasimlə ailə həyatı qurublar. Həmin ilin aprelində cütlüyün Uilfred adlı oğlu dünyaya gəlib. 

 

Bununla yanaşı, Baş nazirin hüquqşünas Marina Uiler ilə nikahdan 4 övladı, sənətşünas Helen Makintayrdan nikahdankənar bir qızı var.

 

Boris Conson daha əvvəl 6 övladının olduğunu etiraf etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı