Qırğızıstanın paytaxtı Bişkek şəhərində meriya əməkdaşları Cənubi Koreyanın “Squid Game” serialının personajları kimi geyinərək reyd keçiriblər.
Modern.az xəbər verir ki, onlar sürücülərin sənədlərini, eləcə də avtobusların salonunda sanitar-epidemioloji tələblərə əməl olunmasını yoxlayıblar.
Həmçinin, meriyanın əməkdaşları piyadalara yol hərəkəti qaydalarına ciddi riayət olunmasının vacibliyini xatırladıblar.
Cənubi Koreyanın “Squid Game” serialı “Netflix” tarixində ən çox baxılan film olub. Serial dünyanın 90 ölkəsində “Netflix” zirvəsinə yüksəldib.
Serial maddi çətinliklərlə üzləşərək sağ qalma oyunlarında iştirak edən insanlardan bəhs edir. Onlar altı uşaq oyunundan keçməlidirlər, uduzanlar dərhal öldürülür. Qalib təxminən 40 milyon dollar mükafat alır.
Akif İsmayılov