Modern.az

Bakıda təmir sexində yanğın

Bakıda təmir sexində yanğın

Aktual

16 Fevral 2022, 13:28

Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli obyektin zirzəmisində fəaliyyət göstərən məişət cihazlarının təmiri sexinin tavanı 20 m² sahədə və qismən içərisindəki əşyalar yanıb.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı