Modern.az

Ukrayna xalqı müharibənin olacağına inanmır...

Ukrayna xalqı müharibənin olacağına inanmır...

Aktual

16 Fevral 2022, 15:27

Son vaxtlar Ukrayna və Rusiya arasında gərginlik səngimək bilmir. Yaxın günlərdə Moskvanın Kiyevə qarşı müharibəyə başlayacağı iddia olunur. Xüsusilə də Qərb mətbuatı hərbi əməliyyatlarla bağlı həyəcan təbili çalır, eyni zamanda Avropa ölkələri öz vətəndaşlarını dərhal Ukraynadan çıxarmağa yönəlik bəyanatlar səsləndirirlər. 

 

Ukraynada real vəziyyət necədir? Orada yaşayan azərbaycanlılar müharibə ehtimalı barədə nə düşünürlər?

 

 

 

Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov Modern.az-a Ukraynadakı vəziyyət haqqında danışıb.

 

Onun sözlərinə görə, bu ölkədə həyat qaydasında davam edir: 

 

“Mətbuatda gedən yazılara, təşvişə baxmayaraq, Ukrayna xalqı öz işinin başındadır. Hər kəs səhər evindən çıxıb işinə gedir, məktəblər, xəstəxanalar normal qaydada fəaliyyət göstərir. Şəhərarası və ətraf ərazilər üçün nəqliyyatda hər hansı bir dayanma yoxdur. Sadəcə hava nəqliyyatında sıxıntılar vardı, indi Ukrayna hökuməti bəlli bir məbləği sığorta şirkətləri üçün ayırdıqdan sonra uçuşlar bərpa ediləcək”.

 

“Bundan başqa Ukrayna xalqının əhval-ruhiyyəsi, vətənə bağlılığı yüksək səviyyədədir. Ölkədə vətənpərvərlik ab-havası hökm sürür. Xalq Rusiyanın Ukraynaya hücum edəcəyinə, ümumiyyətlə müharibənin olacağına inanmır. Bunun müxtəlif səbəbləri var. Hər kəs bunu öz baxış bucağından deyir, müxtəlif analizlər edir. Amma ümumi olaraq desək, paytaxt sakinləri gündəlik işləri ilə məşğul olmağa davam edirlər. Heç bir narahatlıq və ajiotaj yoxdur”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı