Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında Avropanın təhlükəsizliyi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüş olacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kremlin mətbuat xidmətindən bildirilib ki, danışıqlar fevralın 18-də Moskvada aparılacaq.
"Fevralın 18-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq. Görüşdə Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı məsələlərinin, habelə aktual problemlərin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.