Modern.az

İtkin düşən kursant TAPILDI

İtkin düşən kursant TAPILDI

Aktual

16 Fevral 2022, 22:54

Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə kursantın atası Elşən Hüseynov məlumat verib.

 

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı