Modern.az

ABŞ-ın kamikadze dronları Ukraynadadır

ABŞ-ın kamikadze dronları Ukraynadadır

Aktual

13 Aprel 2022, 09:28

ABŞ Ukraynaya artilleriya və helikopterlərin tədarükü məsələsini nəzərdən keçirir. Eyni zamanda, Ukraynaya “Switchblade” kamikadze dronlarının bir partiyası çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

 

"Birləşmiş Ştatlar Ukraynanı artilleriya ilə təchiz etmək üçün müttəfiqləri ilə işləyir. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kiyevdəki rəsmilərlə hərbi yardımla bağlı uzun-uzadı telefon danışığı aparıb. Pentaqon Ukraynaya yeni hərbi yardım paketində Mi-17 helikopterləri və “Humvee” yolsuzluq avtomobilləri vermək imkanını nəzərdən keçirir. Kiyevə yeni hərbi yardım paketi 750 milyon dollar dəyərində qiymətləndirilə bilər",- Ağ ev rəsmisi bildirib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı