Modern.az

Məşhur aktyor öldü

Məşhur aktyor öldü

Aktual

13 Aprel 2022, 15:46

Fransalı teatr və kino aktyoru Mişel Buke 96 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “Frans-Press” Agentliyi məlumat yayıb.

 

Mişel Buke Paris xəstəxanasında dünyasını dəyişib. Ölümün səbəbi barədə məlumat verilmir.

 

Qeyd edək ki, Mişel Buke digər məşhur fransalı aktyor Pyer Rişar ilə birlikdə oynadığı "Oyuncaq" (1976) komediya filmindəki rolu ilə şöhrət qazanıb. O, karyerasında iki dəfə ən yaxşı kino aktyoru nominasiyasında Sezar mükafatına layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı