Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9704 nəfər vəfat edib, aktiv xəstə sayı 185 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4343, ötən müddət ərzində isə ümumilikdə 6 755 203 test aparılıb.
