Modern.az

Polis bölməsində intihara CƏHD

Polis bölməsində intihara CƏHD

Aktual

11 May 2022, 08:46

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

 

Fakt araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi