Modern.az

Rusiya Ukraynanın itkilərini ELAN ETDİ

Rusiya Ukraynanın itkilərini ELAN ETDİ

Aktual

11 May 2022, 12:04

Müharibə başlayandan bəri Rusiya hərbçiləri Ukraynanın 800-dən çox pilotsuz təyyarəsini və 300-dən çox zenit-raket kompleksini, həmçinin 164 təyyarə və 125 helikopteri məhv edib.

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.
 

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 164 təyyarə, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi məhv edilib", - Konaşenkov deyib.


O əlavə edib ki, 3000-ə yaxın tank və digər zirehli döyüş maşını, 360 reaktiv yaylım atəşi sistemi, 1455 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2808 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı