Modern.az

Bu gün 37 dərəcə isti olacaq

Bu gün 37 dərəcə isti olacaq

Aktual

3 İyun 2022, 08:20

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq.

 

Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-21°, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı