Modern.az

Erməni iş adamı Moskvada qətlə yetirildi

Erməni iş adamı Moskvada qətlə yetirildi

Aktual

3 İyun 2022, 09:32

Rusiyanın paytaxtı Moskvada erməni biznesmen qətlə yetirilib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən öldürülüb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb. 

 

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 24 yaşlı cinayətkarın Ermənistan vətəndaşı olduğu bildirilir. 

 

Qeyd edək ki, iş adamının oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi