Modern.az

Keçmiş məhkum turistin pullarını OĞURLADI

Keçmiş məhkum turistin pullarını OĞURLADI

Aktual

3 İyun 2022, 10:36

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən saxlanılıb.

 

Onun Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev olduğu müəyyənləşib.

 
Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!