Modern.az

Rusların 76%-i hələ də Putinə inanır

Rusların 76%-i hələ də Putinə inanır

Aktual

3 İyun 2022, 12:18

Rusiya prezidenti Vladimir Putinə rusların 76%-i etibar edir.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu, İctimai Rəy Fondunun sorğusuna əsasən məlum olub.

Respondentlərin 76%-i prezidentə güvəndiyini, 15%-i “Mən dövlət başçısına etibar etmirəm” cavabını seçib, daha 9%-i cavab verməkdə çətinlik çəkib.

 

Respondentlərin 80%-nin fikrincə, Putin öz vəzifəsində daha yaxşı işləyir. Əks nöqteyi-nəzəri rusların 11%-i bölüşür, 9%-i suala cavab verməkdə çətinlik çəkib.

 

Sorğu mayın 27-29-da yaşayış yeri üzrə müsahibə üsulu ilə Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində yaşı 18 və yuxarı olan 1,5 min respondent arasında keçirilib. Statistik səhv 2,5%-dən çox deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı