Modern.az

Şənbə gününün havası - 38 dərəcə isti

Şənbə gününün havası - 38 dərəcə isti

Aktual

3 İyun 2022, 12:46

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

 

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı