Modern.az

Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

Aktual

3 İyun 2022, 13:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 7-də Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Lavrov Belqrad səfərindən bir gün sonra Türkiyəyə gedəcək. Səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Görüşdə Ukrayna hadisələri, Qərbin Rusiyaya qarşı sanksiyaları, Suriya, Liviya və Qarabağ, eləcə də gündəmin aktual mövzuları müzakirə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi