Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Milli Məclisin deputatı ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 6-dan 8-dək Rumıniyanın Buxarest şəhərində, iyunun 8-dən 9-dək Bolqarıstanın Sofiya şəhərində səfərdə olacaq. Bu ölkələrdə Azay Quliyevin dövlət rəsmiləri və parlament üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər zamanı regiondakı vəziyyət təhlil ediləcək, mövcud durumun qiymətləndirilməsi aparılacaq, müasir çağırışlar fonunda parlament diplomatiyasının rolu diqqət mərkəzində olacaq.