Azərbaycanda son sutkada 1917 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 199 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 255-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 137 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 730 2069, birinci doza peyvəndlərin ümumi sayı 5 348 845 , ikinci doza vaksinlərin sayı 4 849 599 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 285 415, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 347 olub.
