Modern.az

Enerjinin səmərəliliyi məsələləri gündəmdədir

Enerjinin səmərəliliyi məsələləri gündəmdədir

Aktual

3 İyun 2022, 16:00

Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində  mühüm bir ölkədir.Azərbaycan tranzit ölkədir, reallaşdırdığı layihələrlə dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir.Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.Ölkəmizin 
həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmiz etibarlı müttəfiq imicini yaradıb. Neft respublikamızın ən zəngin təbii sərvətidir və onun ölkə iqtisadiyyatının inkişafında əvəzsiz rolu vardır.

 

Ulu öndərin layiqli davamçısı  cənab  Prezident İlham Əliyev   Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çox gözəl şəkildə bildirmişdi: Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, qısa zaman ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün müqavilələr imzalanmalı, danışıqlar aparılmalıdır. Hasilatın artırılması üçün Azərbaycan ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmağa hazırdır. Eyni zamanda, bunun üçün mövcud qurğular genişləndirilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan etibarlı tərəfdaşdır. Belə ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir. Məhz bu səbəbdən dünyanın Birləşmiş Ştatlar və Birləşmiş Krallıq kimi böyük ölkələri ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Bu ölkələr eyni zamanda Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyirlər. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunmuş, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Həmçinin Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

 

Prezident cənab İlham Əliyev qeyd etdi ki, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planların reallaşdırılmasında da mühüm rol oynayacaq.

 

Ölkəmizdə enerji səmərəliliyinin təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir. Tədbirlər paralel olaraq, həm istehsal, həm də istehlak sektorunda həyata keçirilir.Bu gün artıq Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

 

Malik Mirzəyev
Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı